Ana südünün

Day.Az представляет новость на азербайджанском языке

Day.az ana südünün 20 faydasını oxucularına təqdim edir:

1. Ana südü körpənin zəka inkişafı üçün ən önəmli amillərdən biridir.

2. Bütün qida dəyərlərini daşıdığı üçün, uşağın zülal və vitaminə ehtiyacı qalmaz.

3. "Crohn" adı verilən xroniki bağırsaq xəstəliyinə qarşı körpəni qoruyur.

4. Aparılan araşdırmalarda ana südüylə bəslənən körpələrin böyüyəndə analarına daha düşkün olduğu bildirilir.

5. Mama əvəzinə ana südüylə bəslənən körpələrin, uşaq çağına gələndə köklüyə yaxalanma nisbətinin aşağı olduğu müəyyənləşdirilib.

6. Digər qidalara görə, həzmi daha asan baş verir.

7. Müxtəlif allergik xəstəliklərin qarşısını alır.

8. Peyvəndlərin təsirinin artmasına yardımçı olur.

9. Ana südü leykemiya kimi uşaq dövründə rastlaşılan, xərçənglərə qarşı da yaxşı qoruyucudur.

10. Ana südü, körpənin ağlamasına qarşı ən yaxşı sakitləşdirici kimi tanınır.

11. Ana südü soyuqdəymə qarşı ən yaxşı qoruyucu vasitədir.

12. Qəbizlik problemini minimuma endirir.

13. Ana südü körpənin diş sağlamlığını qoruduğu kimi inkişafını da təmin edir.

14. Ana südü içən uşaqların böyüyəndə daha üzüyola olduqları bildirilir.

15. Uşağın ishal problemlərini böyük nisbətdə aradan qaldırır.

16. Körpənin çənəsinin daha qüvvətli bir hala gəlməsini təmin edir.

17. Uşağın daha tez çıxışını təmin etdiyi kimi, gələcəkdə müəyyən bir hərfi söyləməyinə kimi problemləri böyük nisbətdə aradan qaldırır.

18. Yuxu problemi olan uşaqların daha rahat yuxuya getməsini təmin edir.

19. Gələcəkdə uşaqda anemiyaya tutulma riski olduqca düşər.

20. Ana südü, körpənin zehni olaraq da yaxşılaşmasına yardımçı olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

haberturk.com