Gec yatanlar tez kökəlir

Day.Az представляет новость на азербайджанском языке

Bu günə qədər aparılan yüzlərlə elmi araşdırma göstərdi ki, tez yatıb erkən qalxanlar daha sağlam, xoşbəxt, şən və firavan ömür sürürlər.

Üstəlik, onların halsızlıq, yorğunluq, artıq çəki kimi problemlərə yaxalanma ehtimalları aşağı düşür. Mütəxəssislərin sözlərinə görə, tez yatıb, yuxudan tez qalxan insanlar daha az stres keçirirlər və demək olar ki, depressiyaya düşmürlər.

ABŞ-dakı Kaliforniya və Kolumbiya universitetlərinin alimlərinin apardığı yeni bir tədqiqatda da yeniyetmələrin yuxu saatları ilə bədən kütlə indeksləri, yəni çəkiləri arasında birbaşa əlaqə tapılıb. Araşdırma qrupunun rəhbəri Lauren Asarnov "Guardian" qəzetinə  yeniyetmələrin gecə yuxusuz qaldığı hər saatın kökəlməyə səbəb olduğunu deyib.(publika.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.