Başınız ağrımasın deyə bu qidaları yeməyin

Day.Az представляет новость на азербайджанском языке

Çoxumuzun başında ağrı olur. Baş ağrısının səbəbləri müxtəlif ola bilər. Bəs bilirdinizmi yediyimiz qidalar da baş ağrısı yaradır? Aile.lent.az baş ağrısına səbəb olan qidalar haqqında məlumatı təqdim edir.

Zeytun: Zeytun və zeytun yağı qəbul edildikdə baş ağrısına səbəb ola bilər.

Soya sousu: Yeməklərə ləzzət qatan soya sousu tərkibindəki duz nisbəti səbəbindən baş ağrısı, hətta ölüm təhlükəsi yaratmağa qadirdir.

Qurudulmuş ət: Qurudulmuş ət növlərində olan yüksək miqdarda nitrat və natrium baş ağrıları yarada bilər.

Xəbərə görə, çin yeməkləri və "fast food"lar: Çin yeməklərinə "Monosodium Glutamate" (MSG) adı verilən amin turşusu daxildir. Bu maddə hamburger, pizza, qızardılmış toyuq, qızardılmış kartof kimi "fast food"larda da istifadə edilir. MSG tərkibli qidalar diabet və piylənmə riskini artırır, təzyiqi yüksəldir və baş ağrısı yaradır.  

Pendirlər: Elə pendir növləri var ki, 30 gün, bəziləri 6 ay, digərləri daha uzun müddət saxlanılır. Bu cür pendirlərin çox miqdarda yeyilməsi yüksək təzyiq, allergiya və baş ağrılarına yol aça bilər.

Süni dadlandırıcılar: Süni dadlandırıcılar normal şəkərə görə daha az kalorilidir və iki qat artıq dad verir. Süni dadlandırıcılar şəkər dadı verən kimyəvi qarışıqlardan hazırlanır. Süni dadlandırıcıların tərkibindəki şəkər xərçəngdən baş ağrısınadək bir çox sağlamlıq problemlərinə zəmin olur.

Qırmızı şərab: Qırmızı şərab tünd rəngli üzümlərdən hazırlanır. Şərab istehsalında fermentasiya və saxlanılma prosesləri tətbiq edilir. Buna görə də qırmızı şərab baş ağrısına səbəb olan qidalar arasındadır.

Yer fıstığı:Elmi araşdırmalara görə, yer fıstığı bəzi insanlarda baş ağrısına səbəb olur. Buna səbəb isə tərkibindəki tyramin maddəsidir.      

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.