Sizdə də bu əlamətlər varsa...

Day.Az представляет новость на азербайджанском языке

Orqanizmdə maddələr mübadiləsinə birbaşa təsir edən, artıq çəki yaradan hormon tiroit hormonudur. Əgər müxtəlif pəhriz və idman hərəkətlərinə rəğmən arıqlaya bilmirsinizsə, o zaman mütləq tiroid müayinəsi etdirməlisiniz.

Xam maddəsi qida, duz, içməli sudan əldə edilən yod olan tiroit hormonu bədəndəki bütün hüceyrələrə təsir edir, bədən funksiyalarına nəzarətdə mühüm rol oynayır.

Əgər qandakı tiroit hormonun miqdarı azdırsa, bədəniniz (maddələr mübadiləniz) yavaşlayır. Bu hal isə hipertiroid adlanır. Əgər hipertiroidiniz varsa, qandakı TSH səviyyəsi yüksək ölçüləcək.

Bədən funksiyalarındakı yavaşlama ucbatından özünüzü yorğun, hətta depressiyada hiss edə bilərsiniz. Aile.lent.az hipertiroidin digər əlamətlərini təqdim edir.

Halsızlıq, yorğunluq, ancaq yatmaq istəyi

Əllərdə və üzdə şişkinlik,

Tez üşümək (soyuğa qarşı dözümsüzlük)

Saç tellərində kobudlaşma, tökülmə,

Səsin kobudlaşması

Dəridə quruma, solğunluq və qaşıntı

Qəbzlik

Guatr (tiroid vəzin böyüməsi)

Eşitmədə azalma

Yüksək xolesterol

Nəbzin yavaşlaması

Sonsuzluq, təkrarlanan düşmələr

Qol və ayaqlarda ağrı, tutulma

Diqqətsizlik

Unutqanlıq

Menstruasiya pozğunluğu

Cinsi istəksizlik

Bədən istiliyinin düşməsi 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.