Tamaşaçının diqqəti aparıcının həyatını xilas etdi

Day.Az представляет новость на азербайджанском языке

Proqramın populyarlığı müəllifin həyatını xilas edib.

Tarık əl-Musa və həyat yoldaşı Kristina "Kor-koranə oyun" (Flip or Flor) televerilişinin aparıcısıdır. Oyunun qaydalarına görə, hər hansı bir cütlük tərk edilmiş bir əmlak alır, onu normal hala salır və satmağa çalışır. 

Veriliş 2 ildən də az müddətdə ekranlarda göstərilməsinə baxmayaraq, nəinki Amerikada, hətta xarici ölkələrdə də böyük populyarlıq qazanıb. Ancaq heç kim düşünmürdü ki, bu proqramın populyarlığı həm də müəllifin həyatını xilas edəcək.

31 yaşlı Rayan adlı qadın da bu verilişin daimi izləcisi idi. Bir gün proqramma baxarkən aparıcının boğazında kiçik şiş onun diqqətini cəlb edir. Qadın tibb bacısı işlədiyi üçün  bunun xeyrə əlamət olmadığını anlayır.

Rayan dərhal  verilişin aparıcısının əlaqə nömrəsini tapır  və elektron ünvanına məktub yollayır. Göndərdiyi ismarıcda  öz şübhələri barədə geniş məlumat verən qadın, Tarıka dərhal həkimə müraciət etməyi və qalxanabənzər vəzisini yoxlatmağı məsləhət bilir.

Məktubu oxuduqdan sonra  Tarek həqiqətən də su içərkən kiçik narahatçılıq keçirdiyinə diqqət edir. O, bunun oyun olmadığını anlayır və dərhal həkimə gedir. Analizlər dəhşətli sirin üstünü açır - müəllifdə qalxanabənzər vəzinin xərçəngi aşkarlanır.

Xoşbəxtlikdən xəstəlik çox erkən mərhələdə aşkarlandığından cərrahi müdaxilə ilə şişi götürmək mümkün oldu. Hazırda Tarıkın səhhəti düzəlməyə  doğru gedir. 

Öz xilaskarına təşəkkür etmək üçün  Tarek Rayanı tok-şouya dəvət edib və izləyicinin diqqətinin onun həyatını necə xilas etdiyini hər kəsə danışıb.

Faktxeber.com

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.