Məşhur türk siyasətçi: "Azərbaycandakı şəhidlərimizə rəhmət diləyirəm"

Day.Az представляет новость на азербайджанском языке.

"Azərbaycan torpaqlarına sığmağa çalışan erməni əsgərlərinin hücumunun qarşısı alınarkən 11 azərbayanlı türk əsgərin şəhid olduqlarını, yaralı əsgərlərimizin olduğunu böyük təəssüflə öyrəndik".
 

Milli.Az bildirir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, İstanbuldan seçilmiş millət vəkili Atila Kayanın Azərbaycana ünvanladığı başsağlığında belə deyilir.
 

"Şərqi Türküstan türklüyünün soyqırıma uğradılmasına səssiz qalan dünyadan, hətta İraq və Suriyada türkmənlərin qətlə yetirilmələrinə səssiz qalan siyasətçilərin davranışından cəsarət tapmış təki Ermənistan da, sanki, İsrailə "soysuz hücumlarında rəqibsiz deyilsən" söyləyir.
 

Bu hücumlar və həmin hücumlar üçün cəsarət mənbəyi olan situasiya bizə göstərir ki, dünya türklüyü bir bütündür. Əgər türklüyün hər bir parçasının məruz qaldığı zülmün qarşısını almaq istəyiriksə, türklüyün bir bütün olaraq müdafiə etməliyik. Yaşanan bu son acını da bəhs etdiyim şüuru canlandırıb diri tutması təmannası ilə soydaşı olduğum acısını acım bildiyim Azərbaycan xalqına başsağlığı, şəhid olmuş azərbaycanlı soydaşlarımıza isə Allahdan rəhmət, yaralı türk əsgərlərinə şəfa diləyirəm", - A.Kayanın başsağlığında bildirilir.