Azərbaycanlı milyarderdən şikayət etdi, döyüldü

Day.Az представляет новость на азербайджанском языке.

İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin CHP-çi üzvü Hüseyn Sağ hücuma məruz qalıb.


Musavat.com-un məlumatına görə, üç nəfər İstanbulun mərkəzində H. Sağa hücum edərək onu döyüb. Acıbadem xəstəxanasına çatdırılan H. Sağ hadisə barədə bunları deyib: "Evimdən çıxıb maşına mindim. 150 metr getmişdim ki, arxadan bir maşın gəlib mənim maşınımı vurdu. Maşından düşən kimi üç nəfər hücum edib məni döydü. Burnum və çənəm sınıb".

Qeyd edək ki, H. Sağ 10 ildən çoxdur İstanbulda tikilən qanunsuz mülklərə qarşı mübarizə aparır. O, son dəfə iş adamı Rza Zərrabın qanunsuz mülkləri haqqında prokurorluğa şikayət edib.