117 yaşlı qocanın 5 yaşlı uşağı var Day.Az представляет новость на азербайджанском языке:

Livanın 117 yaşlı sakini, bir əsri adlamış Süleyman Məhəmməd əl-Mel uzunömürlü olmasının sirrini daim gülümsəməsində, insan sevgisi və özünə qulluq etməsində görür.

Milli.Az publika.az-a istinadən bildirir ki, 117 yaşlı qocanın 13 övladı var. Onun ən böyük övladının 86, ən kiçik övladının isə 5 yaşı var. Onun böyük övladı dünyasını dəyişmiş birinci həyat yoldaşından dünyaya gəlib. Süleyman Məhəmməd əl-Melin birinci həyat yoldaşından 3-ü qız, 5-I oğlan olmaqla 8, ikinci xanımından isə kiçiyi 5 yaşında olmaqla 2 qız və 3 oğlu var.

Maddi çətinliklərlə qarşılaşmış qoca "Ölkəmdə mənə lazımi diqqət ayırılmır, əgər başqa ölkədə yaşasaydım yardım və dəstək ala bilərdim" - deyir. Həyatı boyunca heç bir düşməni olmadığını deyən Livan sakini İslamda onun üçün məzhəb ayrılığının olmadığını vurğulayıb.