Kiyev erməni naziri vəzifədən kənarlaşdırdı

Day.Az представляет новость на азербайджанском языке:

Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov müvvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Avakovun yerinə Ukrayna daxili işlər nazirinin birinci müavini gürcü Yekaterina (Eka) Zquladze təyin olunub.
 

Bu haqda bu gün jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Artyom Şevçenko bildirib. Şevçenko qeyd edib ki, Avakov müddəti dəqiqləşdirilməyən məzuniyyətə gedib. 1978-ci ildə Tiflisdə anadan olmuş Yekaterina Zquladze Gürcüstan Daxili İşlər Nazirliyində islahatların spikeri kimi tanınır. Zquladze 14 yaşında Freedom Support Act proqramı üzrə təqaüd alıb və ABŞ-ın Oklahoma Universitetinin kollecində hüquq təhsili alıb. Yekaterina Tiflis dövlət universitetinin beynəlxalq jurnalistika fakultəsini bitirib.
 

Eka 2004-2005 ildə hakimiyyətə gəlişinə qədər, Millenium Challenge Corporation ABŞ hökumət agentliyinin gürcü bölməsində işləyib. 2004-2005-ci və 2006-2012-ci illərdə Gürcüstan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. 2012-ci il sentyabrın 19-dan oktyabrın 25-nə qədər nazir vəzifəsini icra edib. Korrupsiyayla, kriminal qruplaşmalarla və kölgə biznesi ilə mübarizədə gürcü pəhləvanı, gürcü polisinin islahatçısı - Ukraynada Yekaterina Zquladzenin fəaliyyətini belə təsvir edirlər. Daxili işlər nazirinin müavini vəzifəsində yeddi il işləyən Eka Zquladze DİN sistemində aparılan islahatlara rəhbərlik edib. O, hüquq-mühafizə orqanlarında radikal islahatları ilə məşhurdur. Buna DİN əməkdaşlarının maaşlarının qaldırılması, ştatların ixtisarı eləcə də korrupsiya ilə mübarizə daxildir.
 

İlk nikahı boşanma ilə nəticələnən Zquladze hazırda tanınmış fransalı publisist-yazar Andre Qlüksmanın oğlu jurnalist Rafael Qlüksman ilə evlidir. Cütlüyün bir oğlu var.