"Facebook"dan suriyalı qaçqınlarla bağlı böyük JEST

Day.Az представляет новость на азербайджанском языке.


Facebook" internetdəki ksenofob və irqçi əhval-ruhiyyəyə qarşı Almaniya Ədliyyə nazirliyi ilə birgə mübarizə aparacaq. Avropa.info xəbər verir ki, bu haqda "Wall Street Journal" yazır.

Yaxın Şərq və Afrikadan Almaniyaya kütləvi şəkildə qaçqınların gəlməsi "Facebook"da yazılan irqçi fikirlərin xeyli artmasına səbəb olub. Bir çox istifadəçi Almaniyanın qapılarını qaçqınların üzünə açdığına görə hökuməti qınayıb. Almaniyanın Ədliyyə naziri Hayko Mass "Facebook" təmsilçiləri ilə xüsusi nəzarət qrupunun yaradılmasında razılaşıb. Həmin qrup miqrantlar əleyhinə olan statusları tapıb siləcək.

Bundan əlavə "Facebook" qanunazidd məzmun haqda informasiya toplayan təşkilatlara verdiyi maliyyə dəstəyini artıracaq.