Dünya bu qızdan danışır

Day.Az представляет новость на азербайджанском языке

İngiltərədə Paul Singleton, sağ burun deşiyində yaranan şiş səbəbiylə az qala burnunun hamısını itirəcəkdi. Buna görə də Northwick Park Xəstəxanası həkimləri alnında yeni bir burun böyütməyə qərar verib.

Day.az-ın xarici mətbuata istinadən məlumatına görə, Chorleywood şəhərində xərçəngi məğlub etməyi bacaran 45 yaşlı Pol Singletonın normal həyatına qayıtması üçün ona, ilk fazada qabırğa, qol və alnından aldıqları qığırdaq, damar və dəri parçalarını istifadə edərək yeni bir burun keçirilib. Burunun yalnız 6 ayda dağılması nəticəsində yeni bir çarə axtarışına başlayan həkimlər alnında yeni bir burun böyüdməy qərarına gəliblər. Bunu eşidən Singleton, küçədə insanların qəribə baxışlarından bezdiyini deyərək təklifi qəbul edib.

Pol Singleton yaşadıqları hadisəni İngilis Daily Mail qəzetinə belə danışdı: "Həkimlər ilk fazada artıq dəri əmələ gəlməsini təmin etmək üçün, alnımdakı bir bölgədə şişirdərək genişləndirməyə başladı. Bu prosesin ardından, alnımda bir şişkinlik yəni bir "burun" yarandı. Bu an üçün hər şey planlara uyğun olaraq gedir və həkimlər, alnımda böyüyən burnu gələn ay yerinə nəql etməyi planlaşdırır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.