DƏHŞƏT: 15 yaşlı qız özünü 3-cü mərtəbədən atdı

Day.Az представляет новость на азербайджанском языке

Qızlar yataqxanasında yaşayan gənc qız, alver mərkəzində intihar etdi

Ailə və İctimai Siyasətlər Nazirliyinə aid Kırıkkale qızlar yataqxanasına sığınan 15 yaşlı Dilan Adlin, getdiyi alver mərkəzinin içində 3-cü mərtəbədən özünü atıb.

Hadisə, Kırıkkale şəhərinin girişində olan bir alver mərkəzində dünən Türkiyə vaxtı ilə saat 11:30 radələrində baş verib. Ana və atası boşanan, özü də Kırıkkale qızlar yurduna sığınan Dilan Adlin, getdiyi 6 mərtəbəli alver mərkəzinin 3-çü mərtəbəsindən ətrafdakıların çaşqın baxışları altında özünü boşluğa buraxdı. Beton yerə çırpılan Dilan Adlin, ağır yaralandı. Çağırılan təcili yardımla Kırıkkale Universiteti Tibb Fakültəsi xəstəxanasına çatdırılan Dilan Adlin həkimlərin müdaxiləsinə baxmayaraq qurtarıla bilmədi. Alver mərkəzindəki hal şahidləri, gənc qızın yemək yeyərkən cib telefonuyla qışqıraraq danışdığını, daha sonra hirslə qalxıb, özünü boşluğa buraxdığını söylədi.

Dilanın intihar səbəbi hələ məlum deyil, polis çox istiqamətli istintaqa başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

sherg.az