Türkiyə rus təyyarəsinin vurulduğu bölgəyə yeni qüvvələr göndərdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Silahlı qüvvələri ölkənin Suriya ilə sərhəd bölgəsinə yeni birləşmələr göndərib.

Ölkə.az xəbər verir ki, Türkiyə ordusunun Baş Qəragahı rus Su-24 təyyarəsinin vurulduğu Hatay bölgəsində keşik çəkən qırıcılarının sayını 2 ədəddən 18 ədədə qədər artırıb.

Məlumata görə F-16-lar fasiləsiz olaraq Türkiyə-Suriya sərhədi boyunca uçuşlar keçirirlər.

Bundan başqa Qaziantepdəki 5-ci korpusdan 20 ədad tank və zirehli döyüş maşını Hataya göndərilib. Əraziyə əlavə canlı qüvvənin də gətiriləcəyi bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.