Qələbədən danışan "Cihadçı"ını belə partlatdılar

Day.Az представляет новость на азербайджанском языке

Suriyadakı terror qruplaşmalarından olan "Əl İttihad əl İslami əl Əjnad əl Şam"ın növbəti təbliğat videosunun çəkilişi "cihadçı"ların əsla gözləmədikləri sonluqla başa çatıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Suriyanın şimalındakı Həma şəhərinin yaxınlığında qruplaşmanın təbliğat qrupunun rəhbəri Əhməd Əbu Həmzə növbəti "qələbə videosu"nu çəkərkən partlayaraq məhv olub.

Təl Sükeyk kəndinin "Əjnad əl Şam" qruplaşması tərəfindən ələ keçirilməsi ilə bağlı videoçəkiliş aparılarkən həmin məkan Suriya ordusunun artilleriya atəşinə məruz qalıb.
Mərminin partlayışı nəticəsində Əbu Həmzə və operator həlak olublar.

"Əjnad əl Şam" qruplaşması "Əmjad əl Şam", "Dər əl Asima", "Səhabə əl Huda" qruplaşmalarının birləşməsi nəticəsində yaranıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
İŞİD-ə qəfil zərbə