11 "ruh" gəmi tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Yaponiya bu gəmilərin sirrini aşkarlamağa çalışır, paradoksal tapıntıları tədqiq edir.

Ayın əvvəlindən bəri Yaponiya sahillərində 11 gəmi tapılıb. Gəmilərdə 20 dənizçi cəsədi var.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, bu "ruh" gəmilərin hamısı motorlu balıqçı qayıqları da sayıla bilər. Lakin onların ölçüləri adi qayıq üçün böyükdür.

İlkin ehtimallara görə, həmin gəmilər Şimali Koreyadakı diktatura rejimindən qaçanların son pənah vasitəsi olub. Lakin azan, marşrutu itirən, yanacağı bitən və ya fırtınaya düşən bu gəmilərdəki bütün heyət həlak olub.

Yaponiyanın NHK telekanalının yaydığı məlumatda bildirilir ki, gəmilərdən birinin üzərində "Koreya Xalq Ordusu" yazılmış lövhə var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
11