Rusiyada polis yataqxanaya basqın etdi

Day.Az представляет новость на азербайджанском языке.

Rusiya-Türkiyə arasında baş verən gərginlik səngimək bilmir.

"Qafqazinfo" Hüriyyet-ə istinadən xəbər verir ki, polis əməkdaşları Saratov şəhərində türk tələbələrin qaldığı yataqxanaya basqın edib.

Saratov Dövlət Universitetində təhsil alan 100 türk tələbə sorğu-sual edilib, şəxsiyyət vəsiqələri yoxlanılıb.

Tələbələrin sözlərinə görə, onlara zorla müxtəlif sənədlərə imza atdırıblar.

Nakotik istifadəsində şübhəli bilinən 20 türk tələbə həbs olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.