https://news.day.az/akademiya/1378143.html 2025-ci ilədək Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı artacaq

2025-ci ilədək Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı artacaq

Akademiya, 9 сентября 2021 17:02 (UTC +04:00) 11 922
2025-ci ilədək Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı artacaq

Yaxın illərdə iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın əsas strateji iqtisadi prioritetlərindən biri olmaqda davam edəcək.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illərdə büdcə xərcləri barədə proqnozunda deyilir.

Nazirliyin proqnozlarına əsasən, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhslunun (ÜDM) strukturunda 72,9 faiz qeyri-neft sektorunun, 27,1 faiz isə neft sektorunun payına düşəcək.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda ÜDM-in həcmi 82,2 milyard manat məbləğində proqnozlaşdırılır. Bunun 67 faizini qeyri-neft sektoru, 33 faizini neft sektoru təşkil edəcək.

2025-ci ildə isə ölkədə ÜDM həcminin 102,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanda ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 47,3 milyard manata bərabər olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости