Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Yaponiyanın Kitaküsü şəhərində keçiriləcək bədii gimnastika üzrə 38-ci dünya çempionatı və idman gimnastikası üzrə 50-ci dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.
Day.Az Trend-ə istinadən bildirir ki, oktyabrın 18-dən 24-dək keçiriləcək idman gimnastikası üzrə dünya çempionatında Azərbaycanı İvan Tixonov (kişi idman gimnastikası), Milana Minakovskaya və Samirə Qəhrəmanova (qadın idman gimnastikası) təmsil edəcək.
Bədii gimnastika üzrə dünya çempionatı isə oktyabrın 27-dən 31-dək keçiriləcək.
Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina təmsil edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре