https://news.day.az/akademiya/1553407.html Azərbaycanda icazəsiz tikilən obyektlərlə bağlı yeni qadağalar müəyyən edilir

Azərbaycanda icazəsiz tikilən obyektlərlə bağlı yeni qadağalar müəyyən edilir

Akademiya, 7 апреля 2023 13:20 (UTC +04:00) 1 827
Azərbaycanda icazəsiz tikilən obyektlərlə bağlı yeni qadağalar müəyyən edilir

Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur.

Day.Az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Su təchizatı və tullantı suları haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsi şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla su təchizatı şəbəkəsinə və kanalizasiya şəbəkəsinə) qoşulmasının qadağan edilməsinin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb.

Həmin tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости