DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı

Dövlət Miqrasiya Xidməti (DMX) koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan #evdəqal maarifləndirmə kampaniyası çərçivəsində növbəti videoçarx hazırlayıb.

Bu barədə Day.Az-a dövlət qurumundan bildirilib.

"Videoçarxın hazırlanmasında bizə dəstək olan, çağırışlara qoşulan diplomatik korpus nümayəndələrinə və əcnəbi iş adamlarına minnətdarlığımızı bildiririk. Evdə qalın, sağlam qalın", - məlumatda qeyd olunub.