https://news.day.az/az/sport/1220144.html
UEFA prezidenti: Çempionlar Liqası avqustun 3-dən gec olmayaraq başa çatmalıdır
UEFA prezidenti: Çempionlar Liqası avqustun 3-dən gec olmayaraq başa çatmalıdır
Futbol üzrə Çempionlar Liqasının finalı 3 avqustdan gec olmayaraq keçirilməlidir.
Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bunu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin deyib.
A.Çeferin bildirib ki, Turniri eyni formatda davam etdirmək və ya hər dəfə bir oyun keçirmək olar:
"Hal-hazırda, bütün bunlar bir nəzəriyyədir, çünki vəziyyət fövqəladədir, lakin Çempionlar Liqası avqustun 3-dən əvvəl başa çatmalıdır".
A.Çeferin qeyd edib ki, Çempionlar Liqası və Avropa Liqasının qalan matçlarını may, iyun və iyul aylarında necə keçirəcəyimiz üzərində işlər aparılır.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.