İtaliya klubunun azarkeşləri çempionluq üçün imza toplayırlar

"Atalanta"nın azarkeşləri maraqlı kampaniyaya başlayıblar.

Offsideplus.az xəbər verir ki, fanatlar koronavirus pandemiyası səbəbiylə A Seriyasında mövsümün erkən dayandırılacağı halda, komandalarının çempion elan olunmasını istəyir.

İtaliyada bu xəstəlikdən ölənlərin çoxunun həm Lombardiya bölgəsindən olması səbəbindən, həm də "Atalanta"nın son iki mövsümdə sərgilədiyi oyuna görə çempionluğa layiq olduğunu iddia edirlər. Buna nail olmaq üçün Berqamo təmsilçisinin bir azarkeşi "change.org" saytında bununla bağlı imza kampanyası başladıb.

Qeyd edək ki, "Atalanta" hazırda A Seriyasında 4-cü sıradadır.