Tramp bir daha koronavirus testindən keçib

ABŞ prezidenti Donald Tramp bir daha yeni növ koronavirus (COVİD-19) testindən keçib.

Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bunu D.Trampın həkimi Şon Konli bildirib.

Onun sözlərinə görə, testin nəticəsinə əsasən D.Trampda koronavirus aşkarlanmayıb.

Həkim qeyd edib ki, analiz üçün yeni ekspress-testdən istifadə edilib və testin nəticəsini 15 dəqiqə ərzində öyrənmək mümkün olub: "O sağlamdır, simptomlar yoxdur".

Qeyd edək ki, D.Tramp ilk koronavirus testindən martın 14-ü keçib.