Gələn həftə OPEC+ ölkələrinin iclası keçirilə bilər

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Səudiyyə Ərərbistanının təşəbbüsü ilə OPEK+ çərçivəsində danışıqlara hazırlıq prosesini işə salıb.

Day.Az-ın məlumatına görə, görüş gələn həftə baş tuta bilər.

Hazırda bununla bağlı tərəflərlə danışıqlar başlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən gün neft bazarında yaranmış vəziyyətin müzakirəsi üçün OPEC+ ölkələrinin təcili iclasını keçirməyə çağırış edib.