Məşhur britaniyalı komik koronavirusdan öldü

Məşhur britaniyalı komik Eddi Larc (Edvard Makqinnis) 78 yaşında koronavirusdan dünyasını dəyişib. Day.Az xəbər verir ki, bu barədə onun oğlu Rayn "Facebook" səhifəsində məlumat verib.

Aktyorun oğlu qeyd edib ki, atası ürək çatışmazlığından əziyyət çəkirmiş. Koronavirusa yoluxduqdan sonra isə zəif ürəyi buna tab gətirməyib.

Qeyd edək ki, aktyor 1971-ci ildə efirləri fəth etmiş "Little and Large" komediya şousu ilə məşhurlaşmışdı.