İranda daha 134 nәfәr koronavirusdan öldü

İranda yeni koronavirus (COVID19) nəticəsində ötәn sutka әrzindә 134 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Bu barәdә Day.Az nazirliyә istinadәn mәlumat verib.

K.Cahanpurun sözlərinə görə, ümumilikdә İranda bu virusdan 3 294 nəfər dünyasını dəyişib.

Cahanpur әlavә edib ki, ötәn sutkada 2 715 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb.

Cahanpur deyib ki, ümumilikdə 53 183 nəfər bu virusa yoluxub vә 4 035 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi 17 935 nәfәrin virusdan sağaldığını deyib.