Tayilandda koronavirusa yoluxmuş şəxs başqasını yoluxdurmağa cəhd edib öldü

Tayilandda 56 yaşlı şəxs koronavirusdan ölüb. Day.Az xəbər verir ki, həmin şəxs ölümündən öncə başqasını da yoluxdurmağa cəhd ediyi məlum olub. Belə ki, Anan Soxanın cəsədi qatarda aşkar edilib. Banqkok stansiyasında videokameraların yaddaşını izlədikdə onun bilet aıarkən maskasını çaxardıb qarşısındakı şəxsə tüpürdüyü məlum olub.

Bundan sonra Pakistandan qayıdan A.Soxa yoluna davam edib. Yol boyu da öskürüb, ürək bulantısından şikayət edib, lakin stansiyada yoxlamadan keçərkən onda hərarət müşahidə edilməyib.

Bir müddət sonra isə həmin şəxsin cəsədi qatarın sanitar qovşağı otağında aşkar edilib. Onun koronavirus analizi müsbət nəticələnib. Bundan sonra bütün qatar dezinfeksiya edilib, həmin şəxslə eyni vaqonda yol gedən şəxslər karantinə alınıb. Hazırda A.Soxanın Banqkok stansiyasında üstünə tüpürdüyü naməlum şəxs axtarılır.

Son məlumata görə, Tayilandda koronavirusa yoluxanların sayı 1,9 min, ölənlərin sayı isə 15 nəfərdir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 190-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 700 mini, ölənlərin sayı isə 30 mini keçib.