https://news.day.az/az/world/1219636.html
BMT-nin 100-dən çox əməkdaşı koronavirusa yoluxub
BMT-nin 100-dən çox əməkdaşı koronavirusa yoluxub
BMT-nin azı 111 əməkdaşı koronavirusa yoluxub.
Day.Az-ın məlumatına görə, bunu təşkilatın Cenevrədəki mənzil-qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi deyib. Onun sözlərinə görə, təkcə 9 yoluxma Cenevrədə qeydə alınıb.
Qeyd olunur ki, koronavirusa yoluxan əməkdaşlar BMT-nin Ticarət və İnkişaf Konfransının, BMT-nin İnsan Haqları üzrə Ali komissarının İdarəsinin, eləcə də Cenevrədəki mənzil-qərargahının əməkdaşlarıdır.
İsveçrədə xəstəliyin sürətlə yayılması ilə əlaqədar elan olunan fövqəladə vəziyyət şəraitində əksər ofis işçiləri, eləcə də BMT əməkdaşları uzaq məsafədən işə başlayıblar.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.