Məşhur italiyalı dizayner koronavirusdan öldü

Məşhur italiyalı dizayner, ayaqqabı brendinin yaradıcısı Sercio Rossi 84 yaşında koronavirusdan dünyasını dəyişib. Day.Az xəbər verir ki, bir müddət öncə dizaynerin koronavirusa yoluxduğu bildirilib. Müalicələrə baxmayaraq, onun xəstəliyin ağırlaşmasından öldüyü qeyd edilir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 190-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 800 mini, ölənlərin sayı isə 40 mini keçib.