ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini keçdi

ABŞ-da yeni koronavirus ilə yoluxma hallarının sayı 300 mini keçdi.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məlumatlar şənbə günü federal və yerli hakimiyyət orqanlarının informasiyası əsasında hesablamalar aparan Con Hopkins Universiteti tərəfindən yayımlanıb.

Məlumata əsasən, ABŞ-da virusa yoluxanların sayı 300 915 nəfər təşkil edir. Ölənlərin sayı 7 826 nəfərdən 8.162 nəfərə qədər yüksəlib.

Sağalanların sayı 9 853 nəfərdən 14 459 nəfərə qədər yüksəlib.