Gürcüstanda koronavirusa yoluxmuş ikinci pasient dünyasını dəyişdi

Gürcüstanda koronavirusa yoluxmuş ikinci pasient dünyasını dəyişdi.

Day.Az 1tv.ge saytına istinadən xəbər verir ki, bu barədə az öncə Tbilisi Universitet Klinikasının direktoru, Levan Ratiani bəyan etdi.

Söhbət Tbilisi Dənizi Hospitalından ağır durumda klinikaya yerləşdirrilən 81 yaşlı qadından gedir.

Gürcüstanda koronavirus ilə ölüm halı ilk dəfə dünən qeydə alındı. Dünyasını dəyişən 79 yaşlı qadındır.