İnyesta Çinlə Yaponiya arasında

Day.Az представляет новость на азербайджанском языке

"Barselona"da çıxışlarını başa vuran ispaniyalı yarımmüdafiəçi Andres İnyestanın gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, futbolçunun Çin klubuna keçidi barədə xəbərlər yayılsa da, onun fikrindən daşınması barədə iddialar ortaya çıxıb.

Belə ki, İspaniya mətbuatı onun Yaponiyanın "Vissel Kobe" klubuna keçəcəyi haqda məlumat verib. Hərçənd bunadək onun Çinin "Çuntsin Lifan" klubuna keçdiyi bildirilirdi.

Sonuncular Andresə üç illik müqavilə təklif edirdi. Bu anlaşmaya görə futbolçu 81 milyon avro qazanmalı idi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.