Azərbaycan neftinin son qiyməti

Day.Az представляет новость на азербайджанском языке

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 10-da 77,65 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,19 dollar/barel azdır. Day.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 10-da 77,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 10-da 73,35 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətlə eynidir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 10-da 77,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel azdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.