Saçlarınız bu səbəbdən yağlanır

Day.Az представляет новость на азербайджанском языке

Saçların həddən artlı yağlılığının səbəbləri müxtəlif ola bilər.

Day.Az axşam.az-a istinadən saç yağlanmasının bəzi səbəblərini təqdim edir:

- İrsiyyət - Bu əsas səbəblərindən biridir. Əgər sizin yaxın qohumlarınızın əksəriyyətində saçlar çox yağlıdırsa, sizin də saçlarınız yağlı olacaq. Bu halda saçların artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.

- Hormonal pozulmalar - Bu da əsas səbəblərdən biridir. İstənilən hormonal pozulma saçların vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən əgər siz saçlarınızın həddən artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin.

- Düzgün olmayan qidalanma - İnsan daim həddən artıq yağlı, şirin qidaları, un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir.

- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu da saçların tez yağlanmasına səbəb olur.

- Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir - Ucuz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, geldən tez-tez istifadə edilməsi, fen və digər vasitələr saçların daha tez yağlanmasına səbəb olur.

- Streslər - xüsusilə uzunsürən xroniki streslər, saçların daha tez yağlanmasına səbəb ola bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.