Neymar satılmır

Day.Az представляет новость на азербайджанском языке

PSJ-nin yeni baş məşqçisi Tomas Tuxel bazar günü Parisdə zədə sonrası bərpa prosesini tamamlamaq üzrə olan Neymarla bir araya gəlib. İkili görüş zamanı klubun gələcəyinə dair planları müzakirə ediblər.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, PSJ rəhbərliyi Neymarın satılmayacağına dair Tomas Tuxelə söz verib. Braziliyalı futbolçunun alman mütəxəssis üçün böyük önəm daşıdığı və bu səbəbdən, klubdan onun transferə çıxarılmayacağına dair zəmanət istədiyi bildirilir.

Qeyd edək ki, Parisə səfərini tamamlayan Tuxel fransız dili üzrə ikinci intensiv kursu tamamlamaq üçün Belçikaya yollanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.