Vergilər Nazirliyinin rəhbərliyində dəyişikliklər

Day.Az представляет новость на азербайджанском языке

Vergilər Nazirliyinin aparatına yeni rəhbər təyin olunub.

Day.Az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, bu vəzifəyə Nazim Səmədov təyin edilib.

Daha əvvəl N.Səmədov mədəniyyət və turizm nazirinin müavini vəzifəsində işləyib.

Nazim Səmədov bu vəzifədə Nigar Alimovanı əvəz edib. N.Alimova yeni yaradılmış Katiblik departamentinin rəhbəri təyin olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.