BDU-da həyəcanlı anlar: Tələbənin halı pisləşdi, xəstəxanaya aparıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakı Dövlət Universitetinin tələbəsi ürəktutmasından xəstəxanaya qaldırılıb.

Bu haqda azxeber.com-a tələbələr məlumat verib. Məlumata görə, BDU-nun əsas korpusunda tələbələrdən birinin halı qəflətən pisləşib.

Hadisə yerinə tibbi yardım gəlib. Həkimlərin dediyinə görə, tələbənin anidən ürəyi tutub və halı pisləşib.

Buna səbəb antidepressant dərmanlar içməsi olub. Hazırda tələbənin durumu orta ağır olaraq qiymətləndirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.