Sabahdan müqəddəs Ramazan ayı başlayır

Day.Az представляет новость на азербайджанском языке

Mədə dincəlir, ruh qidalanır. Sabahdan müqəddəs Ramazan ayı başlayır.

12 ayın sultanı olan bu ayda oruc tutmaq hər bir müsəlmanın borcu sayılır. Day.Az bildirir ki, ilahiyyatçılar deyirlər ki, Ramazan ayı insanın həm fiziki, həm də mənəvi paklıq ayı hesab edilir.

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, oruc tutmaq hər bir müsəlmanın üzərinə vəzifə kimi qoyulsa da, bəzi kateqoriyadan olan şəxslər oruc tutmaya bilərlər.

Bundan başqa, həddi-büluğa çatmayan uşaqlara da oruc tutmaq fərz hesab olunmur. Rahatlıq dini olan islamda hansısa işlə əlaqədar qonaq kimi uzaq səfərə gedən şəxslər də səfər bitənədək oruc tutmaya bilərlər. Ancaq onlar geri qayıtdıqdan sonra oruc tutmağa davam etməli və tutmadıqları orucların qəzasını tutmalıdırlar. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sabahdan müqəddəs Ramazan ayı başlayır