“İstirahətdə olarkən, xəbərsiz qar üstlərinə gəlib” - İtkin düşən alpinistlər necə tapıdılar? - VIDEO

17 мая 2018 13:06

Day.Az представляет новость на азербайджанском языке

Qubada itkin düşmüş alpinistlərin meyitləri tapılıb.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, ötən ilin dekabrın 17-dən FHN-nin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində ötən gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 2 kişi və 1 qadın meyiti aşkar olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. 

Anar Alxanov (xilasetmə qrupunun komandiri): "Qarın 4 metr dərinliyində aşkar etdik. Əvvəlcə Baburu, sonra Fəridə xanımı, ardınca da Namini".

Toğrul Mehdiyev (qrup rəhbəri): "Qarın altında az bir dəyişiklik olub, amma hər üçü tanınacaq haldadır. İstirahətdə olduqları zaman, xəbərsiz qar üstlərinə gəlib. Qərərgahdan 6 km aralı olublar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!