Ramazanda nəfəs qoxusunun qarşısını almaq üçün - mütləq bunları edin

Day.Az представляет новость на азербайджанском языке

Ağız qoxusu və ya nəfəsin pis olması hər yaşda bir çox insanın qarşılaşdığı bir problemdir. Sosial həyatdan, özəl həyata qədər bir çox şeyə təsiri olan pis nəfəsi yox etmənin təbii və asan yolları var.

Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, edilən araşdırmalar hər 4 adamdan birinin bu problemdən əziyyət çəkdiyi görülmüşdür. Bəzən ağız qulluğuna əməl etdikdə belə bu problemlə qarşılaşmaq olur.

Təbii vasitələrdən ağız qoxusunu təzələməyə kömək edəcək dərman hazırlamaq mümkündür. Bunun üçün 1 yemək qaşığı soda, 1 yemək qaşığı bal, 1-2 yemək qaşığı darçın tozu, 1 stəkan isti su və 2 ədəd limon suyunu bir qaba töküb qarışdırın. Limon nəfəsi təravətləndirir, darçın və balın isə antibakteriyal və antimikrobiyal xüsusiyyətləri vardır. Karbonat təmizləyici xüsusiyyətə malikdir. Buna görə də ağız təmizliyi üçün hazırlanan bu qarışım mükəmməl bir kombinasiyadır.

Bundan başqa dişləri vaxtında fırçalamaq, diş fırçasını hər 3-4 ayda bir dəyişdirmək, bol- bol su içmək də ağız təmizliyi üçün əhəmiyyətlidir. Şəkərsiz saqqız çeynəmək, keşniş, nanə yarpaqları, mixək kimi bitkilər də ağız qoxusun qarşısını alır.

Sahur zamanı suya limon suya damladın və ağzınızı bu su ilə yaxalayın. Sahurda mixək, darçın və ya yaşıl çay yarpağı çeynəmək də ağız qoxusunun qarşısını alır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.