Yerevan meriyasının qarşısında aksiya

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan paytaxtı Yerevan meryasının binası qarşısında mer Taron Markaryanın tərəfdarları ilə əleyhdarları aksiya keçirib.

Day.Az report-a istinadən xəbər verir ki, paytaxtın bir qrup sakini merin və Ağsaqqallar Şurasının buraxılmasını tələb edir.

Taron Markaryanın şəhər adminstrasiyası binası qarşısına toplaşan tərəfdarları isə meri dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri mayın 17-də şəhərin mərkəzində yerləşən Baş Prokurorluğun binasına girişi bağlayıblar.

Baş nazir Nikol Paşinyan isə ölkə vətəndaşlarına müraciət edərək, mayın 17-i saat 15.00-dan etibarən vətəndaş itaətsizliyini dayandırmağa çağırıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Yerevan meriyasının qarşısında aksiya keçirilib