Əfv komissiyasının iclasları YEKUNLAŞDI!

17 мая 2018 18:01

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Day.Az xəbər verir ki, komissiyanın üzvü Rəşad Məcid özəl olaraq Trend-ə bildirib ki, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Onun sözlərinə görə, bununla da komissiya iclaslarını yekunlaşdırıb: "Artıq müvafiq sənədlər hazırlanıb ölkə başçısına təqdim ediləcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1500-ə yaxın müraciətə baxıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!