Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı

Day.Az представляет новость на азербайджанском языке

Sabah Ramazan ayının ikinci günüdür.

Day.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 18-də Bakıda imsak saat 03:39, iftar isə saat 20:08-dədir.

Ramazan ayının 2-ci gününün duası:

"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et".

Allah orucunuzu qəbul etsin!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.