Avropa Parlamenti: "Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakı fəallaşdırılmalıdır"

Day.Az представляет новость на азербайджанском языке

Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında iştirakı fəallaşdırılmalıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Avropa Parlamentinin (AP) deputatları belə hesab edirlər.

Avropa Parlamentinin Aİ və Azərbaycan arasında hərtərəfli sazişlə bağlı danışıqlar üzrə rəyində deyilir ki, Avropa İttifaqı və bu münaqişənin tərəfləri arasında yeni sazişlər problemin sülh yolu nizamlanması prosesində mövcud tərəqqini şərtləndirməlidir.

Həmçinin AP-nin məruzəçisi Norika Nikolai qeyd edib ki, Aİ-nin qonşu ölkələrində təhlükəsizliyin səviyyəsi baxımından "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində, o cümlədən Azərbaycanla intensiv dialoq və əməkdaşlıq daha mühüm keyfiyyət qazanır:

"Avropa İttifaqı ilə Azərbaycan arasında səmimi və etibarlı münasibətlər hər iki tərəfə iqtisadi səmərə verəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.