Misir səfiri: "Misir dinc fələstinlilərin hədəfə alınmasını kəskin şəkildə pisləyir"

Day.Az представляет новость на азербайджанском языке

Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab İbrahim Adil bildirmişdir ki, ölkəsi Fələstinin mülki əhlisinin İsrailin işğalçı qüvvələri tərəfindən həgəfə alınmasını kəskin şəkildə pisləyir, öz qanuni və ədalətli haqlarının müdafiəsini tələb edən nümayişçilərə qarşı güc tətbiqini qətiyyətlə rədd edir. Misir höküməti işğal edilmiş Fələstin torpaqlarında bu cür təhlükəli qarşıdurmanın mənfi nəticələri barədə xəbərdarlıq edərək Fələstin xalqının başda paytaxtı şərqi Qüds olmaqla öz müstəqil dövlətini yaratmaq kimi qanuni haqlarını tam dəstəklədiyini bildirir.

Misir səfiri həmçinin bildirir ki, Misirin Səhiyyə nazirliyi Qəzza bölgəsi üçün nəzərdə tutulan bir sıra tədbirlər görməkdədir, bunlara humanitar yardım, qida məhsulları və tibbi vəsait, bölgədə yerləşən xəstəxanaların təcili şəkildə

dərmanlarla və tibbi ləvazimatla təchizi daxildir. Əlavə olaraq, Rəfah sərhəd keçid məntəqəsində təqribən 90 təcili yardım maşını və yüngül xəsarət almış yaralıların daşınması üçün 5 avtobusla təmin edilmiş böyük bir tibbi heyətinyerləşdirilməsinə da başlanmışdır.

Həmçinin Xarici İşlər naziri Samih Şükri Qüds problemi və regionda baş verən son hadisələrlə bağlı İstanbulda keçiriləcək növbədənkənar zirvə toplantısına qatılan Misir nümayəndə heyətinə rəhbərlərlik edəcəkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.