Yerevan yenə qarışdı: baş prokurorun istefası tələb olunur

18 мая 2018 11:50

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saatlarında təqribən 100 nümayişçi Yerevanda Ermənistan Baş Prokurorluğunun binasının qarşısına toplaşıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, onlar baş prokuror Artur Davtyanın istefasını tələb edirlər.

Piketin təşəbbüskarı, hüquq müdafiəçisi Vardqes Qaspsari bildirib: "Biz tələb edirik ki, baş prokuror Davtyan aşağı düşsün və cavab versin ki, nəyə görə onun rəhbərlik etdiyi qurum bundan əvvəlki hakimiyyətlə mübarizə aparan bir çox günahsız insana qarşı uydurma iş açıb? O, istefaya getməlidir".

Baş Prokurorluğun binası qarşısına 2016-cı ilin iyulunda Yerevanda polis alayına və sabiq general Samvel Babayana hücum təşkil etmiş "Sasna tsrer" hərbiləşdirilmiş qrupunun tərəfdarları da toplaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!