Ölkədə yenilik: Aqrobağlar salınacaq

18 мая 2018 12:39

Day.Az представляет новость на азербайджанском языке

2018-2021-ci illər ərzində Azərbaycanda 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin ("Azəryaşlandşaft" ASC) sədri Ramik Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ASC tərəfindən bu ilin ilk 4 ayı ərzində 35 hektarda 16 500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb:

"Əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilib. Hazırda tinglik sahələrində 2 635 870 ədəd müxtəlif cinsli ting mövcuddur. 2018-ci ilin payızında isə 921 min ədəd meyvə tinginin yetişdirilməsi nəzərdə tutulub".

R.Əşrəfov bildirib ki, 2008-ci ildən indiyə qədər respublikanın magistral avtomobil yollarının kənarında 4443 hektar ərazidə 5 439 580 ədəd müxtəlif cinsli ağac əkilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!