Azərbaycanlı vokalist ABŞ-da klip təqdimatı keçirdi... - VIDEO

18 мая 2018 13:44

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanlı vokalist, beynəlxalq müsabiqələrin laueratı, prezident təqaüdçüsü Emin Eminzadə ABŞ-da "Behind the Curtain" mahnısına çəkdirdiyi klipi təqdim edib.

Day.Az ölkə.az-a istinadən xəbər verir ki, mahnının sözü və musiqisi Eminə məxsusdur. Bu işdə ona "Qremmi" mükafatçısı, məşhur amerikalı bəstəkar Karl Karter kömək edib. Karl Aşer, Canet Cekson, Karli Rey Cepsen kimi dünya ulduzları ilə işləyib.

Mahnının aranjemanı Dryu Skota məxsusdur. Dryu Tiana Teylor, Nik Conas, Zenday, Ceyson Derulo kimi müğənnilərlə işləyib.

Klipin rejissoru Emin Eminzadədir. Çəkilişlər Hollivudda baş tutub. Emin artıq bir sıra KİV-lərə müsahibə verib, radio verilişlərdə qonaq olub.

Qeyd edək ki, vokalist Qazaxıstanda keçirilən "Qızıl mikrofon", İtaliyada keçirilən "Elia Catalano", İspaniyada keçirilən "Opus-2012" beynəlxalq müsabiqələrin laureatı olub.

Müğənni ABŞ-ın Texas ştatında tələbə mübadiləsi əsasında təhsil alır. O, "American Musical and Dramatic Academy"də təhsil alan ilk azərbaycanlıdır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Emin Eminzada - Behind the Curtain

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!