Hazırda sosial şəbəkələrdə baş verənlər...

Day.Az представляет новость на азербайджанском языке

Özünü müxalifət adlandırıb, əslində isə xaricdəki qüvvələrin sifarişi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bir qrup şəxs artıq "pay bölgüsündə" onlara verilən "xidmət haqqı" ilə razılaşmadıqlarına görə bir-birini ifşa etməyə balşayıblar.

Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, illərdir ki, Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyən bəzi xarici dairələrin nüfuz müvəkkilliyi missiyasını yerinə yetirən bir qrup muzdlu siyasət, QHT və media təmsilçilərinin qranta görə virtual saçyolduya çıxmaları yeni hadisə deyil. Bu proses uzun illərdir ki, davam edir: "Əli Kərimli, Xədicə İsmayıl, Qənimət Zahid və bu düşərgədə təmsil olunan bir qrup insan dəfələrlə xaricdən ötürülən vəsaitlərin bölgüsündə razılığa gəlmədiklərinə görə qarşı-qarşıya gəliblər.

Təxminən 1 il öncə Əli Kərimli ilə Qənimət Zahid arasında yaşanan 175 min avroluq qrant qalmaqalını, yəqin ki, xatırlayırsınız. Oxşar hadisələr daha öncə də baş verib. Həm də təkcə Qərbdən ötürülən pullarla bağlı deyil, ən müxtəlif istiqamətlərdən verilən vəsaitlərlə bağlı... Bu qrant dəllalları hətta bir-biri ilə kəskin rəqabət aparan qüvvələrlə əməkdaşlıq etməkdən belə çəkinməyiblər. Qənimət Zahidin İran məcaraları, Rusiyanın ədliyyə generalı ilə alış-verişi və bu kimi çoxsaylı qalmaqallı faktlar medianın yaddaşından, hələ ki, silinməyib".

E.Mirzəbəyli qeyd edib ki, hazırda sosial şəbəkələrdə baş verənlər uzun illər boyu Azərbaycanın əleyhinə fəaliyyət göstərən insanların gerçək mahiyyətini ortaya qoyur: "Sübuta yetirir ki, onların bütün iddialarının əsasında maddi maraqlar dayanıb. "Demokratiya", "söz və fakir azadlığı" və digər bu kimi amillər üzərində manipulyasiyalar, sadəcə, korporativ maraqları, ictimai və dövlət maraqları əleyhinə fəaliyyəti pərdələmək məqsədi daşıyıb. Bu adamlar dəyər daşıyıcısı deyillər. Belələri üçün yeganə dəyər maddi maraqlardır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.