Sərhəddə "bir pəncərə" prinsipi tətbiq olunacaq

Day.Az представляет новость на азербайджанском языке

Dövlət Gömrük Komitəsi (DGK) sərhəddə baytarlıq və fitosanitar nəzarət zamanı "bir pəncərə" prinsipi tətbiq edəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında deyib.

O bildirib: "Bu, həmin sahədə süni maneələrin qarşısını almağa imkan verəcək, bu sahədə ixrac-idxal əməliyyatlarını müasir tələblər əsasında icra etməyə, müvafiq prosedurların operativliyini təmin etməyə və sərhəddə nəzarət-buraxılış məntəqələrində buraxılış qabiliyyətini artırmağa kömək edəcək".

 

Qeyd edək ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və Dünya Bankının Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə təşkil olunan 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı öz işinə başlayıb.

24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" sərgisi ilə paralel keçirilən konfransın məqsədi qida təhlükəsizliyi sahəsindəki yenidənqurma işlərini inkişaf etdirmək üçün Azərbaycan höküməti, qida sənayesi nümayəndələri, beynəlxalq ticarət tərəfdaşları və dövlət nəzarətini həyata keçirən qurumları bir araya toplamaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.